Futbol üzrə Azərbaycan I Divizionunda XXI turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.
Sportal.az xəbər verir ki, milli komandamızın Almaniya ilə oyunu ilə əlaqədar Premyer Liqada fasilə yaransa da, aşağı dəstənin matçları keçiriləcək. Bu səbəbdən elita hakimlərindən divizion matçlarına da təyinat alanlar var.
Birinci divizion
XXI tur
22 mart (çərşənbə)
“Ağsu” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev
Hakim-inspektor: Azad Mütəllimov
Ağsu şəhər stadionu
”Energetik" - "Şahdağ"
Hakimlər: Anar Göyçayski, Yaşar Abbasov, Aleksandr Musatkin, Muxtar Acalov
Hakim-inspektor: Rəhman Tağıyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
MOİK – “Şəmkir”
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Elşad Abdullayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Rüfət Əliyev
“Bayıl Arena”
“Mil-Muğan” – “Bakılı”
Hakimlər: Nahid Xasıyev, Coşqun Həsənov, Vüsal Qənbərov, Bəxtiyar Gözəlov
Hakim-inspektor: Vahid Hüseynov
Heydər Əliyev adına İmişli şəhər stadionu
23 mart (cümə axşamı)
“Qaradağ Lökbatan” – “Zaqatala”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cəmil Nağıyev, Emin Nağıbəyov
Hakim-inspektor: Yavər Rəhimov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, bütün oyunlar saat 15:00-da başlanacaq
saytlarin hazirlanmasi