Türkiyə milli komandası DÇ-2018-in seçmə mərhələsinin 5-ci turunda doğma meydanda Finlandiyanı qəbul edəcək.
Sportal.az xəbər verir ki, bu qarşılaşmanı idarə edəcək hakimlərin adı açıqlanıb. Matçda ədaləti İspaniyadan olan hakimlər briqadası qoruyacaq.
Görüşün baş hakimi Xesus Gil Manzano olacaq. Ona həmyerliləri Roberto Alonso Fernandes və Xuan Karlos Yuste kömək edəcək. Dördüncü hakim funksiyasını isə Karlos Del Serro yerinə yetirəcək.
Qeyd edək ki, Antalyada baş tutacaq Türkiyə - Finlandiya qarşılaşması 24 mart tarixində Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi