Bu gün yoldaşlıq oyunları çərçivəsində Moldova ilə qarşılaşacaq Türkiyə millisi ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim Arda Turanın xidmətindən məhrum olub. Türkiyə Futbol Federasiyasının rəsmi saytına yer alan xəbərə görə, “Barselona”nın futbolçusu qasıq nahiyəsindəki zədəyə görə Moldovaya qarşı oynamayacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
saytlarin hazirlanmasi