Avropa Liqasının 1/4 finalında "Lion"la qarşılaşacaq "Beşiktaş"a portuqaliyalı futbolçusu Rikardo Kuarejmada pis xəbər gəlib.
Sportal.az xəbər verir ki, Super Liqanın 27-ci turunda "Tranzonspor"la matçın (4:3) 34-cü dəqiqəsində zədələnərək meydanı tərk edən yarımmüdafiəçinin müalicəsi davam edir. Əzələsində problem olan futbolçunun "Lion"la oyunda komandasına kömək edə bilməyəcəyi gözlənilir.
Qeyd edək ki, "Lion" - "Beşiktaş" qarşılaşması 13 aprel tarixində Bakı vaxtilə 23:05-də baş tutacaq.
saytlarin hazirlanmasi