Türkiyə Super Liqasında baş məşqçi istefası reallaşıb.
Sportal.az xəbər verir ki, "Bursaspor"un baş məşqçisi Mutlu Topçu çempionatın 29-cu turu çərçivəsində "Qalatasaray"a 0:5 hesabı ilə uduzduqları oyundan sonra istefa verib. 46 yaşlı çalışdırıcı komandaya Hamza Hamzaoğlunun istefasından sonra rəhbərlik edirdi.
Qeyd edək ki, "Bursaspor" 29 turdan sonra Super Liqada 35 xalla 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, milli komandamızın baş məşqçisi Robert Prosineçkinin adı bir müddətdir ki, "Bursaspor"la hallanır.
saytlarin hazirlanmasi