Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
MOİK – “Şüvəlan” matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Binə” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Turan Tovuz” – “Mil-Muğan” matçında “Turan Tovuz” və "Mil-Muğan" klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. Oyunun 71-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Elməddin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
saytlarin hazirlanmasi