AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda 6-cı turda keçirilən oyunlara hüquqi qiymətlər verilib.
“Ağsu” – MOİK matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Xəzər” – “Binə” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər klub 80 manat cərimə olunub.
“Turan Tovuz” – “Sabah” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
saytlarin hazirlanmasi