Azərbaycan Birinci Divizionunda 8-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub. "Mil-Muğan" evdə "Şüvəlan"ı böyük hesabla məğlub edib - 3:0. Lider "Qaradağ Lökbatan" Tovuzda "Turan Tovuz"la "sülh bağlayıb" - 1:1. "Xəzər" isə "Zaqatala"nı məğlub edib - 2:0.
"Mil-Muğan" - "Şüvəlan" 3:0
Qollar: Samir Babayev, 39; 59. Bayram Əliyev, 44.
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Hüseyn Əsgərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Qabil Nərimanov
Hakim-inspektor: Xudaverdi Tumasov
İmişli. H.Əliyev adına şəhər stadionu
"Xəzər" - "Zaqatala" 2:0
Qollar: Aslan Hüseynov, 22. Fərid Səmədzadə, 72.
Hakimlər: Anar Göyçayski, Azər Əsgərov, Cəmil Quliyev, Nicat İsmayıllı
AFFA nümayəndəsi: İlham Əliyev
Hakim-inspektor: Vasif Məmmədov
Bakı. “AZAL Arena”
"Turan Tovuz" - "Qaradağ Lökbatan" 1:1
Qollar: Elnur Səmədov, 66 - Sabir Allahquliyev, 38.
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Yaşar Abbasov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Vahid Hüseynov
Hakim-inspektor: Rüfət Hüseynov
Tovuz. Şəhər stadionu