Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan I Divizion təmsilçisi "Xəzər" bu gün sonuncu yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, sözügedən komanda Avstriyanın 3-cü liqasında çıxış edən Vyana "Qarabağ"ı ilə qarşılaşıb.
Qarşılaşma azərbaycanlılar tərəfindən yaradılan və Qarabağın adını daşıyan Avstriya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Xəzər" bundan əvvəl Bolqarıstanın "Vereya" və Türkiyənin "Kəmərspor" klubuna 2:1 hesabı ilə qalib gəlib, Almaniya “Vakker”inə 0:3 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
2 fevral
"Xəzər" - "Qarabağ" (Vyana) 0:1