I Divizion təmsilçisi "Sabah" qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, Bakı klubu Rusiyanın "Alaniya" klubunun yetirməsi sayılan Əziz Quliyevlə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Cari mövsümün ilk yarısında "Şüvəlan"da çıxış edən sol cinah müdafiəçisi "Karvan", "Neftçi", "Bakı", "İnter" (hazırkı "Keşlə"), "Tavriya" (Ukrayna) və "Kalev" (Estoniya) klublarında da forma geyinib. Vaxtilə U-21-in şərəfini qoruyan 30 yaşlı futbolçu,əsas milliyə də çağırılıb.
saytlarin hazirlanmasi