"Sabah" "Keşlə"nin futbolçusunu transfer etdi

16:48 - 12 Fevral 2018

 Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, I Divizion təmsilçisi Premyer Liqada mübarizə aparan "Keşlə"dən Ricat Qarayevi transfer edib. Məlumatı saytımıza açıqlamasında Bakı klubunun baş məşqçisi Arif Əsədov verib.

 

19 yaşlı sol cinah müdafiəçisi mövsümün sonunadək icarə əsasında "Sabah"ın şərəfəini qoruyacaq.

 

Qeyd edək ki, U-19 millimizin də üzvü olan Qarayev "Keşlə"nin əvəzedici heyətində çıxış edirdi.

Xəbər xətti