Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda I Divizionun 14-cü, əvəzedicilərin yarışının isə 16-cı turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
I Divizionun “Turan Tovuz” - MOİK matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Xəzər” - “Sabah” matçının 83-cü dəqiqəsində qonaqların futbolçusu Şirməmməd Məmmədovun ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. Klub futbolçusunun qayda pozuntusuna görə 20 manat cərimə ödəməli olacaq.
Əvəzedici heyətlərin “Kəpəz” - “Keşlə” matçında qonaqların futbolçusu Oleq Hüseynov rəqib futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
saytlarin hazirlanmasi