Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Zaqatala” - “Mil-Muğan” matçında “Mil-Muğan”ın heyətində adı protokola qeyd olunmamış futbolçu iştirak etdiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 800 manat cərimə olunub.
“Binə” - “Xəzər” matçının 87-ci dəqiqəsində “Binə”nin futbolçusu Ramil Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” - “Şüvəlan” matçında “Şüvəlan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Şüvəlan”ın futbolçusu Həşimi Mirkamil ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
saytlarin hazirlanmasi