Azərbaycan I Divizionda 21-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub. MOİK - “Şüvəlan” matçında hesab açılmayıb - 0:0. Son çempion “Turan Tovuz” doğma meydanda “Mil-Muğan”a minimal hesabla qalib gəlib - 1:0. Dörd qolun qeydə alındığı “Sabah” - “Zaqatala” matçında isə qələbəni meydan sahibləri bayram ediblər - 3:1.
I Divizion
21-ci tur
30 mart
“Turan Tovuz” - “Mil-Muğan” 1:0
Qol: İlkin Rzayev, 83.
MOİK - “Şüvəlan” 0:0
“Sabah” - “Zaqatala” 3:1
Qollar: Emin Mehtiyev, 29; 48. İlqar Ələkbərov, 36 - Elvin Həsənov, 28.
29 mart (cümə axşamı)
“Ağsu” – “Xəzər” 1:3
Qollar: Malik Babayev, 37 – Tural Qürbətov, 26, Vadim Abdullayev, 43, Rəşad Qarayev, 90+3-avtoqol.
“Binə” – “Qaradağ Lökbatan” 2:2
Qollar: Seymur Abdullayev, 83, Vüsal Səfərov, 90+2 – Ruslan Tağızadə, 69, Əliqulu Manafov, 85.
Turnir cədvəli: