“Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə Türkiyə Futbol Federasiyasının (TFF) məhkəməsində yekun qərar açıqlanıb.
Sportal.az xəbər verir ki, məhkəmə 65 yaşlı mütəxəssisin TFF-yə qarşı təzminat tələbini təmin edib. Federasiyanın mütəxəssisə 9 milyon 324 lirə təzminat ödəməsi hökmü çıxarılıb.
Qeyd edək ki, ötən il iyulun 26-da TFF millinin baş məşqçisi olan Terimlə müqaviləni birtərəfli ləğv etmişdi.
saytlarin hazirlanmasi