"Qarabağ"ın futbolçuları Qarabağ bölgəsinə səfər edib.
Sportal.az "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin üzvlərindən Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev öncə rayonda yerləşən N saylı hərbi hissədə olublar.
Futbolçular burada hərbi hissənin komandiri, general-mayor Hikmət Həsənovla görüşüblər. Onlar hərbi hissədəki şəraitlə də tanış olublar. Komanda üzvləri hərbi hissəyə "Qarabağ" forması, top və şarf hədiyyə ediblər.
saytlarin hazirlanmasi