Çesare Prandelli məhkəmədə sabiq komandası “Qalatasaray”a qalib gəlib.
Sportal.az xəbər verir ki, İstanbul klubu italiyalı mütəxəssisə təzminat haqqı ödəməli olacaq.
2014-15 mövsümündə “sarı-qırmızılılar”ı 16 rəsmi matça çıxaran Prandelli müqavilənin birtərəfli ləğvi ucbatından İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmişdi. Məsələ ilə bağlı qərar çalışdırıcının lehinə olub. Türkiyə klubu 60 yaşlı mütəxəssisə 7 milyon avro təzminat ödəyəcək.
Çesare Prandellinin son klubu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Nasr” olub.
saytlarin hazirlanmasi