Türkiyə Super Liqasında mübarizə aparacaq sonuncu klubun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, “Qazişehir Qaziantep”lə pley-offun final matçında üz-üzə gələn “Ərzurumspor” qolsuz heç-heçənin ardından penalti seriyasında 5:4 hesabıyla üstün olub və Super Liqaya vəsiqə qazanıb.
TFF 1-ci Liqanın qalibi “Rizəspor” və ikinci yerin sahibi “Ankaragücü”nün ardından, “Ərzurumspor” da Super Liqada iştirak hüququ qazanıb.
Super Liqanı tərk edən komandalar isə “Osmanlıspor”, “Gənclərbirliyi” və “Karabükspor”dur.
saytlarin hazirlanmasi