Türkiyənin “Bursaspor” klubunun yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, komandanın "sükanı arxası"na Samet Aybaba keçib. Təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Samet Aybaba son olaraq “Sivasspor”un baş məşqçisi olub.
Qeyd edək ki, U-21 millimizin üzvü Ozancan Kökcü "Bursaspor"da çıxış edir. O, mövsümün ikinci yarısını Hollandiyanın "Valveyk" klubunda keçirib və "yaşıl timsahlar"a geri dönüb.
saytlarin hazirlanmasi