Fransanın "Monako" klubu "Milan"ın hücumçusu Andre Silvanı transfer etməyə çalışır.
Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, Milan təmsilçisi "Atletiko"dan Anxel Korreanı transfer etmək üçün Silvanı "Monako"ya satmağa qərar verib.
Bundan əlavə, "Milan" digər hücumçusu Patrik Kutroneni "Vulverhempton"a sata bilər. "Qırmızı-qaralar" iki futbolçunun satışınında 55 milyon avro gəlir əldə etməyi planlaşdırır.
"Monako" Andre Silva ilə danışıqlar aparır. Portuqaliya millisinin üzvünün transferi tezliklə reallaşa bilər.
Əvəzində isə Radamel Falkao "Monako"nu tərk edəcək. Kolumbiyalı hücumçunun adı son günlər "Qalatasaray"la hallanır.
saytlarin hazirlanmasi