"Lion" Fekirin alternativini "Ayaks"da tapdı

11:11 - 29 İyul 2019

Nabil Fekiri 25 milyon avroya "Real Betis"ə satan "Lion" boşluğu doldurmaq üçün axtarışdadır.

 

Sportal.az "L'Equipe"ə istinadən xəbər verir ki, "şirlər" "Ayaks"ın hücumameyilli yarımmüdafiəçisi Hakim Zieşi transfer etmək istəyir. "Lion"un tezliklə danışıqlara başlayacağı gözlənilir.

 

Daha öncə Mərakeş yığmasının üzvü "Sevilya"ya transfer olmaqdan imtina etmişdi.

 

"Ayaks"dan yalnız doğru yer üçün ayrılacam. "Sevilya" məsələsi ilə maraqlanmıram. Ora mənim üçün doğru addım deyil", - deyə Zieş bildirmişdi.

 

"Ayaks" 26 yaşlı futbolçunun transferi üçün minimum 30 milyon avro təzminat tələb edir.

 

Zieş ötən mövsüm 49 oyuna 21 qol vurub, 24 assist edib.

Xəbər xətti