Fransa millisinin sabiq futbolçusu Patris Evra karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, sol cinah müdafiəçisi 38 yaşında butsılarını mıxdan asmağa qərar verib. Evra məşqçi fəaliyyətinə başlamaq istədiyini bildirib.
Seneqalda doğulan fransalı futbolçu karyerası ərzində "Marsala", "Monza", "Nitsa", "Monako", "Mançester Yunayted", "Yuventus", "Marsel" və "Vest Hem" klublarında çıxış edib.
saytlarin hazirlanmasi