Fransanın "Lill" klubu iki aparıcı futbolçusunun satışından yüksək məbləğ qazanıb.
Sportal.az xəbər verir ki, komandanın vingeri Nikolas Pepe 80 milyon avro qarşılığında "Arsenal"a keçib. Fil Dişi Sahili millisinin 24 yaşlı futbolçu "topçularla 5 illik müqavilə imzalamaq üçün Londona yollanıb.
Bundan əlavə, Fransa təmsilçisi Rafael Leaonun transferi üçün "Milan"la anlaşıb. İtaliya klubu 20 yaşlı portuqaliyalı hücumçunun transferi üçün 35 milyon avro təzminat ödəyib.
"Lill"in portuqaliyalı idman direktoru Luiş Kampuş transferlərdə böyük addımlar atıb.
saytlarin hazirlanmasi