"Fort Boyard"da iştirak edən Adili komandadan qovdular

11:25 - 13 Avqust 2019

Fransanın "Marsel" klubu müdafiəçisi Adil Raminin müqaviləsini tək tərəfli ləğv edib.

 

Sportal.az "L'Equipe"ə istinadən xəbər verir ki, buna səbəb futbolçunun klubdan icazəsiz əyləncəli "Fort Boyard" proqramında iştirak etməsi olub. Bu səbəbdən klub rəhbərliyi 34 yaşlı futbolçu barədə sərt qərar verib.

 

"Marsel" Fransa millisinin sabiq üzvünü 2017-ci ildə "Sevilya"dan 6 milyon avroya transfer edib.

 

 

Related image

Xəbər xətti