Fransa Futbol Federasiyası "Monako"nun futbolçusu Sesk Fabreqası cəzalandırıb.
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, Liqa 1-in ilk turunda "Lion"la matçda qırmızı vərəqə alan ispaniyalı yarımmüdafiəçi növbəti 3 oyunu buraxacaq.
Leo Dyubuaya qarşı kobud hərəkətlə yadda qalan Fabreqas birbaşa qırmızı vərəqə almışdı.
32 yaşlı futbolçu "Mets", "Nim" və "Strasburq"la oyunlarda iştirak etməyəcək.
saytlarin hazirlanmasi