"Monako"da vəziyyət gərgindir

18:55 - 16 Sentyabr 2019

Mövsümə uğursuz başlayan Fransanın "Monako" klubunda baş məşqçi dəyişikliyi reallaşa bilər.

 

Sportal.az "France Football"a istinadən xəbər verir ki, "knyazlıq klubu" çalışdırıcısı Leonardo Jardimlə bağlı qərar verməyi düşünür. Oktyabrda milli komandaların oyunları ilə əlaqədər yaranacaq fasiləyə qədər uğursuzluq davam edərsə, portuqaliyalı mütəxəssislə yollar ayrıla bilər.

 

"Monako" 5 turdan sonra 2 xal toplayıb.

 

Lonardo Jardim ötən mövsümün gedişində uğursuzluğa görə, "Monako"dan ayrılmışdı və daha sonra geri dönmüşdü.

Xəbər xətti