Fransa klubunda rəzalət: komanda yoldaşının 70 min avroluq saatını oğurlayıb?

16:52 - 26 Sentyabr 2019

"Nitsa"nın hücumçusu Lamine Diabi komanda yoldaşı Kasper Dolberqin 70 min avroluq saatını oğurlamaqda şübhəli bilinir.

 

Sportal.az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, məsələ ilə bağlı klub məhkəmə keçirəcək. 18 yaşlı futbolçu oğurluqda əsas şübhəli şəxs hesab edildiyi üçün ifadə verəcək.

 

Danimarkalı hücumçunun saatı sentyabrın 19-u paltardəyişmə otağından oğurlanmışdı. Klub utancverici hadisədən sonra Dolberqə saatı oğurlayan şəxsin tapılacağını söz vermişdi.

 

Diabi Fransanın U-16, U-17 və U-18 millilərinin üzvü olub.

 

Gənc forvard bu mövsüm Liqa 1-də oynamasa da, daha öncə 6 dəfə meydana çıxıb. Aprel ayında zədələnən futbolçu əməliyyat edildi və sentyabrda məşqləri bərpa etdi.

 

Diabinin saatı oğurladığı təsdiqini tapsa, "Nitsa" yetirməsini klubdan qovmağa çətinlik çəkəcək. Çünki fransalı futbolçu son 10 ildə "Nitsa" akademiyasından çıxan ən potensiallı oyunçulardan biridir.

Xəbər xətti