PSJ mövsümün sonunda müqavilələri başa çatacaq Edinson Kavani və Tyaqo Silvanın müqaviləsini uzatmaq fikrində deyil.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, Paris klubu 35 yaşlı Silvanın bundan sonra komandaya fayda verəcəyini düşünmür. Bu səbəbdən də braziliyalı oyunçu ilə yola davam edilməyəcək.
PSJ 33 yaşlı Kavaniyə yeni müqavilə təklif etməyi plaşlaşdırsa da, mövsümün əvvəlində zədələnməsi planları dəyişdi.
Silva 2012, Kavani 2013-cü ildə PSJ-də çıxış edir.
saytlarin hazirlanmasi