Bakı klubunun keçmiş futbolçusuna istəyini çatdırdı: "Məni "Yuventus"a apar"

00:41 - 17 Oktyabr 2019

PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatan Edinson Kavani "Yuventus"a transfer olmaq istəyir.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, uruqvaylı forvard qış fasiləsində bu keçidin reallaşmasını arzulayır. 32 yaşlı hücumçu bu istəyini qardaşı və agenti Valter Quqlielmona çatdırıb.

 

Kavani daha öncə İtaliyada "Palermo" və "Napoli"də çıxış edib. O, 2013-cü ildə Neapol klubundan PSJ-yə 64,5 milyon avro qarşılığında keçmişdi. "El Matador" Paris klubunda 283 oyuna 195 qol vurub.

 

Kavaninin agentliyini edən 41 yaşlı Quqlielmone 2007-2009-cu illərdə Bakının "İnter" (indiki "Keşlə") klubunda çıxış edib və 45 oyuna 28 qol vurub.

Xəbər xətti