"Sabah" qış təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə yollanıb.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Antalyanın Belek bölgəsində ilk məşqini keçirib. Komanda əvvəlcə fitnes zalında yüngül məşq keçib. Daha sonra yaşıl meydançada davam edən hazırlıq prosesində əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinləri yerinə yetirilib.
“Sabah” yanvarın 22-dək toplanışda olacaq və bu müddətdə 4 yoxlama oyunu keçirəcək.
saytlarin hazirlanmasi