İspaniyanın "Xetafe" klubu Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə səfərdə keçirəcəkləri matç üçün İtaliyaya yollanmaqdan imtina edib.
Sportal.az xəbər verir ki, bu barədə klubun prezidenti Anxel Torres məlumat verib: "Əgər məğlub olmaq məcburiyyətində olsaq, bunu qəbul edəcəyik. Amma sağlamlığımızı təhlükəyə atıb, İtaliyaya yollanmayacağıq. UEFA-ya oyunla bağlı müraciət etmişik. Ən doğru qərar matçı təxirə salmaqdır".
"İnter" - "Xetafe" matçı martın 12-də keçiriləcək. UEFA bu görüşün azarkeşsiz keçirilməsinə qərar verib.
saytlarin hazirlanmasi