“Neftçi”dən sonra “Sumqayıt”ın da Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasında hansı səbətdə yer alacağı müəyyənləşib.
Sportal.az xəbər verir ki, ilk dəfə avrokubokda çıxış edəcək “Gənclik şəhəri” təmsilçisinin bəxti gətirməyib. 3,750 xalı olan “kimyaçılar” səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, komanda ilk raundda daha güclü rəqiblə üzləşəcək.
“Neftçi” püşkatmada səpələnmişlər səbətində yer alacaqsa, “Keşlə”nin hansı səbətdə olacağı hələ dəqiqləşməyib. Paytaxt klubu nisbətən zəif rəqiblə düşə bilmək üçün Albaniyada daha aşağı reytinqli komandanın AL-ə vəsiqə qazanmasına və ya ilkin raunddan daha zəif komandanın yüksəlməsinə ümid etməlidi.
Ümumilikdə, I təsnifat mərhələsinin 79 iştirakçısının adı bəllidi. Onlardan 38-i səpələnmişlərdi, 40-ı səpələnməmişlər, 1-nin isə səbəti hələ dəqiqləşməyib. “Səpələnmişlər” sırasında qərarlaşan “Neftçi”nin 27 potensial rəqibi bəllidi (“Sumqayıt” və iki Ermənistan klubunu çıxmaqla), “Sumqayıt”ın isə 36 mümkün rəqibi məlumdu (“Neftçi” və Ermənistan klubunu çıxmaqla). Səbəti müəyyənləşməyən yeganə klub isə “Keşlə”di.
Avropa Liqasında I təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq.
Avropa Liqası, 2020/21 mövsümü
I təsnifat mərhələsi
Səpələnmişlər
APOEL (Kipr), “Partizan” (Serbiya), “Styaua" (Rumıniya), “Maribor" (Sloveniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Rusenborq” (Norveç), “Apollon” (Kipr), “Fehervar” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), TNS (Uels), “Dinamo” (Minsk, Belarus), “Lex” (Polşa), “Aberdin” (Şotlandiya), “Jrinski” (Bosniya və Herseqovina), “Alaşkert” (Ermənistan)*, “Kayrat” (Qazaxıstan), “Jalgiris” (Vilnüs, Litva), “Motervell” (Şotlandiya), “Kukesi” (Albaniya), “Vaduts” (Lixtenşteyn), “Valletta” (Malta), “Ventspils” (Latviya), “Olimpiya” (Sloveniya), “Topola” (Serbiya), “Nomme Kalyu” (Estoniya), “Şaxtyor” (Belarus), “Hammarbü” (İsveç), “Hafnarfyordur” (İslandiya), “Bodo-Qlimt” (Norveç), “Riterlay” (Litva), “Proqress” (Lüksemburq), ÇSKA (Sofiya, Bolqarıstan), “Sutyeska” (Monteneqro), “Honved” (Macarıstan), “Makkabi” (Hayfa, İsrail), ”Beytar” (İsrail), “Ordabası” (Qazaxıstan), “Neftçi” (Azərbaycan), “Şemrok Rovers” (İrlandiya)
Səpələnməmişlər
“Sumqayıt” (Azərbaycan), “Lokomotiv” (Plovdiv, Bolqarıstan), “Slaviya” (Bolqarıstan), “Botoşani” (Rumıniya), “Pyast” (Polşa), “Levadiya” (Estoniya), “Hibernians” (Malta), “Dunayska Streda” (Slovakiya), “Rujomberok” (Slovakiya), “Jilina” (Slovakiya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Laçi” (Albaniya), “Mura” (Sloveniya), “Puşkaş Akademi” (Macarıstan), “Saburtalo” (Gürcüstan), “Şkupi” (Şimali Makedoniya), “Petrokub” (Moldova), “Union” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Jalgiris” (Kauno, Litva), “Riqa” (Latviya), “Valmieras” (Latviya), “Noa” (Ermənistan)*, “Şirak” (Ermənistan)*, “Renova” (Şimali Makedoniya), “Boraç” (Bosniya və Herseqovina), “Sfantul Qeorqe” (Moldova), “Dinamo-Avto” (Moldova), “Bohemians” (İrlandiya), “Derri Siti” (İrlandiya), “İnter” (Finlandiya), “İlves” (Finlandiya), “Honka” (Finlandiya), “Breydablik” (İslandiya), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Lokomotivi” (Gürcüstan), “Sirens” (Malta), “Vikinqur” (İslandiya), “Payde” (Estoniya)
Qeyri-müəyyən
“Keşlə” (Azərbaycan).