Avropa Liqası: 4 komanda 1/4 finalda

01:17 - 6 Avqust 2020

Martda koronavirus pandemiyasına görə dayandırılan Avropa Liqası bərpa edilib.

 

Sportal.az xəbər verir ki, ilk gün 1/8 final mərhələsinin 4 qarşılaşması baş tutub.

 

Danimarkanın “Kopenhagen” klubu doğma meydanda ilk matçda uduzduğu (0:1) Türkiyə çempionu “Başakşəhər”i qəbul edib. 3:0 hesabı ilə qalib gələn meydan sahibləri 1/4 finala adlayıb.

 

Avstriyada LASK-ı 5:0 hesabı ilə məğlub edən “Mançester Yunayted” rəqibini “Old Trafford”da qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

 

“İnter” Almaniyada “Xetafe” ilə qarşılaşıb və 2:0 hesablı qələbə ilə mərhələ adlayıb. Komandalar arasındakı ilk oyun baş tutmamışdı.

 

“Şaxtyor” ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi “Volfsburq”u qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Donetsk təmsilçisi bu nəticə ilə 1/4 finala adlayıb.

 

1/8 finalın cavab oyunlarına bu gün keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.

 

5 avqust

Avropa Liqası, 1/8 final mərhələsi, cavab oyunları

 

20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə) - 3:0

Qollar: Conas Vind, 3, 53 (pen.), Rasmus Falk, 62

İlk oyun - 0:1

 

20:55. "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya) - 3:0

Qollar: Junior Moraes, 89, 90+3, Monor Solomon, 90+1

İlk oyun - 2:1

 

23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya) - 2:1

Qollar: Cessi Linqard, 57, Antoni Marsial, 88 - Filipp Veysiniqer, 55
İlk oyun - 5:0

 

23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) - 2:0

Qollar: Romelu Lukaku, 33, Kristian Eriksen, 83
İlk oyun keçirilməyib.

Xəbər xətti