FIFA referisi Rəhim Həsənov Avropa Liqasının oyununa təyinat alıb.
Sportal.az xəbər verir ki, o, Lüksemburqun "Proqress" klubunun Avropa Liqasının I təsnifat mərhələsində "Enqrodan" (Andorra) - "Zeta" (Monteneqro) cütünün qalibi ilə keçirəcəyi görüşün baş hakimi olacaq.
Rəhim Həsənova Mübariz Haşımov və Pərvin Talıbov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Oyun avqustun 26-da Lüksemburqda keçiriləcək.
saytlarin hazirlanmasi