Avropa Liqasının finalını idarə edəcək hakim

12:04 - 19 Avqust 2020

Avropa Liqasının “Sevilya” - “İnter” final matçının təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı niderlandlı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Denni Makkeli olacaq. Ona Mario Diks və Hessel Steeqstra kömək edəcəklər. Dördüncü hakim fünksiyasını yunanıstanlı referi Anastasios Sidiropoulos yerinə yetirəcək.

 

Avqustun 21-də keçiriləcək “Sevilya” - “İnter” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Xəbər xətti