"Sevilya" 6-cı dəfə Avropa Liqasının qalibi oldu - VİDEO

01:11 - 22 Avqust 2020

Avropa Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, həlledici oyunda “Sevilya” və “İnter” klubları qarşılaşıb. Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda keçiriləm matçda İspaniya təmsilçisi 3:2 hesabı ilə qalib gələrək, kuboku muzeyinə aparıb.

 

Bu, "Sevilya"nın Avropa Liqasında 6-cı çempionluğu olub.

 

Avropa Liqası, final
21 avqust

23:00. "Sevilya" (İspaniya) - "İnter" (İtaliya)
Qollar
: Luuk De Yonq, 12; 33. Dieqo Karlos, 74 – Romelu Lukaku, 5 (pen.), Dieqo Qodin, 36.

 

 

 

Xəbər xətti