DÇ-2022: Fransa millisi üçün növbəti itki

Fransa millisi daha bir futbolçusunu itirib.

Sportal.az xəbər verir ki, DÇ-2022-nin ilk turunun Avstraliya ilə görüşündə zədələnən Lukas Hernandesin son durumu bəlli olub.

26 yaşlı müdafiəçinin sağ diz çarpaz bağı yırtılıb və o, mundialın digər oyunlarında Fransa yığmasına kömək edə bilməyəcək.

Lukas Avstraliya ilə oyunun (4:1) ilk hissəsində zədələnib və qardaşı Teo Hernandeslə əvəzlənib.

Tarix: 23 Noyabr [10:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2022
3  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio