"Bavariya"nın yeni baş məşqçisi məlumdu

18:15 - 24 Mart 2023

Yulian Naqelsmannı istefaya göndərən "Bavariya"nın yeni baş məşqçisi məlumdur.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisini Tomas Tuxel çalışdıracaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Tərəflər arasında razılıq əldə olunub və tezliklə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Tomas Tuxel son olaraq "Çelsi"nin baş məşqçisi olub. Alman mütəxəssis ötən ilin sentyabr ayında London klubundan istefaya göndərilib.

Xəbər xətti