Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşan "Qəbələ" 35-ci turda "Şamaxı" önünə çıxacaq.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi bu oyunun hazırlıqlarını Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında davam etdirir. Komandanın baş məşqçisi Elmar Baxşıyev "CBC Sport"a komandasının hazırlığı barədə danışıb. 42 yaşlı mütəxəssis ölkə çempionatındakı çıxışlarını başa vurduqdan sonra "Neftçi"yə qarşı keçiriləcək kubokun finalı haqda düşünəcəklərini bildirib:
"Son turda "Turan Tovuz"a məğlubiyyətə baxmayaraq, komandada atmosfer yaxşıdır. Heç bir dəyişiklik yoxdur. Qarşıda üç final oyunumuz qalıb. Bu oyunlara maksimum dərəcədə məsuliyyətli yanaşaraq istədiyimiz nəticəyə çatmaq fikrindəyik. Bugünkü durumda ən önəmlisi ölkə çempionatıdır. Premyer Liqadakı çıxışımız başa çatdıqdan sonra bütün fikrimizi kuboka yönəldəcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi