İsnik Alimi: "Müqavilə haqda kubokdan sonra danışacağıq"

21:58 - 20 May 2023

"Qəbələ"nin legioneri İsnik Alimi “CBC Sport”a açıqlama verib.

Sportal.az xəbər verir ki, şimali makedoniyalı futbolçu komandasının Premyer Liqanın 35-ci turda “Şamaxı”ya qarşı keçiriləcək görüşdə qələbə qazanacaqlarına inandığını bildirib:

"Komandada atmosfer yaxşıdır. Sadəcə son görüşdə bir az bəxtsizlik yaşadıq. Komanda yoldaşlarım da zədələndi. Ancaq belə amillər ab-havanı korlaya bilməz. Daha çox çalışmalı, qələbə qazanaraq avrokuboklara vəsiqə qazanmalıyıq. Bunu tək özümüz üçün yox, həm də zədəli komanda yoldaşlarımız üçün etməliyik. Qarşıda “Şamaxı” ilə oyunumuz var. Ümid edirəm ki, üç xalı qazanacağıq”.

Adı bir neçə klubla hallanan Alimi gələcək taleyi ilə bağlı da danışıb: “Hazırda çempionat və ölkə kubokunun oyunları haqda düşünürəm. Yalnız bu oyunlara köklənmişəm. Kuboku qazanmaq, avrokuboklarda iştirak etmək istəyirəm. Müqavilə haqda çempionat və kubok oyunlarından daha sonra danışacağıq. Necə olacağını görəcəyik”.

Mirbağırağa

Xəbər xətti