"Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Bilirdik ki, dördüncü yeri təmin edə bilərik. Ağır oyun olacağı dəqiq idi. "Şamaxı"ya da xal lazımdır. Epizodları yaratdıq, amma dəyərləndirə bilmədik. Kədərlənmək vaxtı deyil. Bir oyunumuz qalıb. Son oyuna hazırlaşmalıyıq. "Şamaxı"nı kiçiltmək lazım deyil. Biz burada xal itirmişik. Nəinki biz, turnir cədvəlində öndəki rəqiblər də "Şamaxı" ilə görüşdə xallar itirib. Futbolda həmişə fikirləşdiyin və istədiyin olmur. Komanda ən yaxşısını etməyə çalışacaq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 35-ci turunun "Şamaxı" (0:0) ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Oyunun sonlarında hakimə etiraz edirdiniz. Sirr deyilsə, səbəb nə idi?
- Hakimlər həm bizlə, həm də məşqçilər korpusumla bağlı diqqətli olsalar yaxşıdır. Tribunadan butulka atırlar, dördüncü hakim deyir ki, Rasim Ramaldanova qırmızı vərəqə göstər. Oyundan hələ çıxmamışıq, üstünə bir də başqa məsələ yüklənirsə, reaksiyamız belə olmalıdır.
- Futbolçuların əksəriyyətinin müqaviləsi başa çatır. Həlledici məqamda onların konsentrasiyaları necədir?
- Aşağı olduğu hiss edilmir. Maksimumu verməyə çalışırlar. Onlara təkliflərin gəlməsi normaldır. Tək bizim futbolçulara təklif gəlmir. Bizim üçün mövsümün bitməsinə iki oyun qalıb. Oynayaq, sonra baxacağıq.
- "Kəpəz" və "Neftçi" ilə matçlarınız qalıb. Daha çox hansına köklənəcəksiz?
- Komanda özü də, qarşıdakı oyun hansıdırsa, daha çox ona köklənir. Çempionatdakı son görüşdə istəyimizə çatmağa çalışacağıq. Ondan sonra da kubok barədə düşünəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi