"Qəbələ" Rumıniya klubunun transfer etmək istədiyi qapıçı ilə maraqlanır

19:13 - 23 May 2023

"Qəbələ" yayda qapıçı transferi reallaşdırmağı planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisinin transfer siyahısında yer alan qapıçılardan biri də hazırda "Şamaxı"nın qapısını qoruyan Rəşad Əzizlidir. Ölkə kubokunun finalında oynayacaq komanda Əzizlini heyətinə qatmağa çalışacaq.

Amma bu, heç də asan olmayacaq. Məsələ burasındadır ki, Rumıniya yüksək liqa təmsilçisi "Botoşani" Rəşadı transfer etmək istəyir. Yeni mövsümə hansı komandada başlayacağına isə qolkiper yayda qərar verəcək. 

29 yaşlı qolkiper "Rəvan", "Səbail", "Neftçi", "Sumqayıt", "Keşlə", "Zirə" klublarının qapısını qoruyub.

 

Xəbər xətti