Niderland çempionu millinin üzvü üçün klubu ilə danışıq aparacaq

13:34 - 30 May 2023

"Feyenoord" "Dinamo"nun futbolçusu Sebastyan Şimanskini heyətində saxlamaq niyyətindədir.

Sportal.az "Metaratings"ə istinadən xəbər verir ki, Rotterdam təmsilçisi polşalının tam hüquqlu transferi ilə bağlı Moskva təmsilçisi ilə danışıqlar aparmağa çalışacaq.

Lakin bu, uğursuz olarsa, Niderland nəhəngi Şimanskini daha bir mövsümə icarəyə götürəcək.

24 yaşlı Şimanskinin "Dinamo" ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. Bu mövsüm yarımmüdafiəçi "Feyenoord"un heyətində bütün turnirlərdə 40 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Bununla bərabər, o, adıçəkilən klubun heyətində Niderland çempionu olub.

24 yaşlı futbolçu buna qədər “Legiya”da oynayıb. O, 2019-cu ildən Polşa millisinin üzvüdür.

 

Xəbər xətti