Azərbaycanlı iş adamının sahibi olduğu klub Premyer Liqa uğrunda mübarizə aparacaq - FOTO

13:49 - 30 May 2023

Ukraynada ikinci liqanın qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin nəvəsi Əli Banişevskinin formasını geyindiyi “Niva Buzovaya” hamıdan güclü olub.

Adıçəkilən komanda mövsümün sonunda 42 xal toplayaraq digər komandaları qabaqlayıb.

Beləliklə, Oqtay Əfəndiyev adlı azərbaycanlı iş adamının sahibi olduğu klub yeni mövsümdən birinci divizionda iştirak edəcək və Premyer Liqaya çıxmaq uğrunda mübarizə aparacaq.

Mirbağırağa

Xəbər xətti