FIFA referisi Əliyar Ağayev və FIFA referi köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli beynəlxalq turnirə təyinat alıblar.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, hakimlərimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcəklər.
Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi UEFA U-21 Avropa çempionatının final mərhələsi 21 iyun - 9 iyul tarixləri arasında keçiriləcək.
saytlarin hazirlanmasi