"Qəbələ"nin legioneri: "Kuboka "Neftçi"dən daha çox layiq idik" - MÜSAHİBƏ

13:22 - 6 İyun 2023

"Qəbələ"nin legioneri Ayyub Allaş Sportal.az saytına müsahibə verib. Belçikalı yarımmüdafiəçi komandasının ölkə kubokunun finalında “Neftçi”yə qarşı keçirilmiş görüşünü şərh edib.

- "Qəbələ" ölkə kubokunun finalında “Neftçi”yə qalib gəldi. Artıq bir neçə gün keçib. Qarşılaşma sizin üçün necə keçdi?

- Bəli, finalda “Neftçi”yə qalib gəldik. Çox yaxşı hazırlaşmışdıq. Əla da konsentrasiya olduq. Finalda “Neftçi”ni məğlub edərək kuboka sahib çıxdıq. Biz kuboka “Neftçi”dən daha çox layiq idik. 

- Yəqin ki, oyundan əvvəl qalib gələcəyinizə inanırsınız. Amma qarşılaşma “Neftçi” stadionunda keçirildiyindən favorit onlar hesab olunurdu. Sizin üçün problem idi?

- Bəli, bilirəm ki, hamı matçdan öncə “Neftçi”nin favorit olduğunu söyləyirdi. Amma komandamız qalib gələcəyindən o qədər əmin idi ki. Ona görə də, bunu etməyi bacardıq. Matç “Neftçi”nin stadionunda keçirilsə də, qalib gəlməyi bacardıq. Sona qədər mübarizə apardıq. 

- Kuboku qazandığınız yüksək mükafat verildi?

- Məncə, veriləcək. Fikrimcə, hamımız yaxşı oynadıq. Mən özüm də, yaxşı performans nümayiş etdirdim.

- Yeni mövsüm "Qəbələ"də görəcəyik səni, yoxsa başqa təkliflərin də var?

- Hazırda ailəmlə birlikdə istirahət etmək, əylənmək istəyirəm. “Qəbələ” ilə hələ bir illik müqaviləm var. Gələcəkdə necə olacağını görəcəyik.

- Azərbaycan Premyer Liqası və kubokunu bəyəndin? “Qəbələ” kuboku qazansa da, çempionatda 4-cü yeri tutdu. Bu, “Qəbələ” üçün maksimumdur?

- Bəli, məncə, bu mövsüm çox yaxşı çıxış etdik. Amma yarışlarda daha çoxuna layiq idik. Lakin belə alındı və bunu edə bildik. Hər halda, Konfrans Liqasına vəsiqə qazandıq, ölkə kubokuna sahib çıxdıq, daha nə edə bilərik? Hər şey əladır.

- “Qəbələ” Konfrans Liqasında mübarizə aparacaq. Komanda qruplara düşə biləcək?

- Bu barədə bir söz deyə bilmərəm. Deyə bilmərəm ki, biz qruplara düşə biləcəyik ya, yox. Futboldur da. Hər şey ola bilər. Hər zaman inanmaq lazımdır. 

Mirbağırağa

Xəbər xətti