İkinci dəfə Azərbaycan Kubokunu qazanaraq tarixi uğura imza atan "Qəbələ"nin büdcəsi o qədər də geniş deyil.
Bölgə təmsilçisinin baş meneceri Nail Kərimovla əlaqə saxlayıb əlavə sponsorların cəlb olunması ilə bağlı yeniliklərin olub-olmadığını öyrənməyə çalışdıq. Sportal.az saytına danışan klub rəsmisinin sözlərinə görə, bir müddət öncə Futbolun İnkişaf Fondu ilə "Qəbələ" arasında görüş baş tutub. Nail bəy bildirdi ki, həm klub, həm də FİF yeni əməkdaşlıqlarla bağlı axtarışları davam etdirir:
"Futbolun İnkişaf Fondu ilə iki ay əvvəl Qəbələdə tanışlıq xarakterli görüşümüz oldu. Orada danışıldı ki, əməkdaşlıq məsələləri müzakirə olunsun. Amma hələ ki, atılan konkret addımlar yoxdur. Bildiyimə görə, olacaq, iş görüləcək. Bizim öz tərəfimizdən də əməkdaşlıqar və sponsor axtarışı davam edir. Hamıya məlumdur ki, hazırda Azərbaycan futbolunda böyük sponsorlar tapmaq çox çətindir, real deyil. Bizim etdiklərimiz daha çox kluba xırda dəstək məqsədi daşıyır. Böyük sponsorlara gəldikdə isə, "Gilan Holding"in kluba sponsorluğu əvvəlki səviyyədə olmasa belə, yenə də davam edir. "Gilan Holding" ilk gündən indiyə kimi təsisçi kimi klubun yanındadır. Növbəti mövsüm üçün hər hansı əlavə dəstəyin olub-olmayacağını yaxın vaxtlarda biləcəyik".
Elçin Əlixan
saytlarin hazirlanmasi