Kipr mətbuatı "Aris"in baş məşqçisi Aleksey Şpilevskinin işini qiymətləndirərkən ötən mövsüm Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”yə qarşı (2:0, 0:3) keçirilmiş görüşləri xatırlayıblar.
Sportal.az “Super Sport FM”ə istinadən xəbər verir ki, kiprli həmkarlarımız Bakıda məğlubiyyəti təcrübəsizliklə əlaqələndiriblər:
"Şpilevski 2022-ci ilin fevralında komandasına avrokuboklara vəsiqə qazandığı “Aris”ə baş məşqçi təyin edildi. Onun rəhbərliyi altında Konfrans Liqasının təsnifat mərhələsində ilk oyun əla alındı. Axı Bakı “Neftçi”si üzərində 2:0 hesablı qələbə qazanılmışdı. Lakin Azərbaycanda keçirilən cavab oyununda belaruslu mütəxəssisin yetirmələri 0:3 hesabı ilə uduzdu. Görünürdü ki, təcrübəsizlik və Bakıdakı oyundakı ab-hava Şpilevskinin futbolçularına təsir etmişdi. Nəticədə “Aris” turniri tərk etdi”.
Əlavə edək ki, “Neftçi” “Aris” səddini keçsə də, növbəti mərhələdə “Rapid”lə bacarmamışdı.
saytlarin hazirlanmasi