"Krasnodar"ın yarımmüdafiəçisi, "Qarabağ"ın keçmiş futbolçusu Kadi Borges Polşa millisində oynamaq ehtimalı hələ də, davam edir.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, braziliyalının agenti Helsio Alisk Polşa vətəndaşlığının alınması ilə bağlı işlərin nə yerdə olduğu haqda danışıb. O, 27 yaşlı futbolçunun köklərinin Polşadan olduğunu və bunun asan olmadığını deyib:
"Hamı onun Polşa köklərinin olduğunu bilir. Kadi zədədən sonra artıq özünü yaxşı hiss edir. Hazırda Polşa vətəndaşlığının alınması ilə məşğul deyilik. Çünki sənədləşmə o qədər də sadə deyil, bürokratiya çoxdur. Bu prosesi davam etdirəcəyimiz hələ məlum deyil. Onunla hələ bu barədə heç nə müzakirə etməmişik”.
Xatırladaq ki, Kadinin hələ “Qarabağ”da oynayanda Polşa millisində oynamaq ehtimalı var idi.
saytlarin hazirlanmasi