"Qəbələ" müqaviləsi başa çatan daha bir futbolçusu ilə razılığa gələ bilib.
Sportal.az saytına verilən məlumata görə, "qırmızı-qaralar" Ülvi İsgəndərovla yola davam edəcək. 25 yaşlı hücumçu bölgə klubu ilə 2 illik müqaviləyə qol çəkib.
Ülvi İsgəndərov "Qəbələ"nin yetirməsidir. Azərbaycanlı forvard başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Qəbələ" İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla da sözləşməni 2 il müddətinə uzadıb.
saytlarin hazirlanmasi